
Ukrayna Premyer Liqası klubları “Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakalanı yaxından izləyir.
Sport1.az xəbər verir ki, bu barədə “Tribuna.com” məlumat yayıb. Bildirilir ki, Ukrayna Premyer Liqasında çıxış edən “Kolos”, “Rux” və “Obolon” almaniyalı forvardı transfer siyahısına daxil edib. Sözügedən klublar qış “transfer pəncərəsi” dövründə hücum xəttindəki problemləri Simakalanın keçidi ilə aradan qaldırmağı planlaşdırır.
Mənbənin məlumatına görə, “Araz-Naxçıvan” rəhbərliyi isə aparıcı oyunçusunu mövsümün gedişində buraxmaq niyyətində deyil. Klub 28 yaşlı futbolçuya yeni, birillik müqavilə də təklif edib. Eyni zamanda Simakala yerli klubların da diqqət mərkəzindədir.
Qeyd edək ki, Ba-Muaka Simakala yay “transfer pəncərəsi” zamanı Almaniyanın “Osnabrük” klubundan “Araz-Naxçıvan”a keçib. Onun hazırkı müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.