“Barselona”nın İspaniya Kubokundakı oyunu təhlükəsizlik səbəbilə təxirə salındı

Bölmə adı İspaniya
Yayımlandı 16-12-2025, 23:21

İspaniya Kubokunun 1/16 final mərhələsində keçiriləcək “Qvadalaxara” – “Barselona” oyununun başlama vaxtı dəyişdirilib.

Sport1.az xəbər verir ki, jurnalist Alfredo Martinesin yaydığı məlumata görə, qarşılaşma təhlükəsizlik səbəblərinə görə 30 dəqiqə gec başlayacaq. Beləliklə, oyun bu gün Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.

Qeyd edək ki, üçüncü liqa təmsilçisi “Qvadalaxara” əvvəlki mərhələlərdə “Kaserengo”nu (1:0) və “Seuta”nı mübarizədən kənarlaşdırıb. “Barselona” üçün isə bu görüş cari mövsüm İspaniya Kubokunda ilk oyun olacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR