22:03 15.12.2025 85

“Sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim” – Vernidub

Misli Premyer Liqasının 15-ci turunun “Neftçi” – “Sumqayıt” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

"65-70 dəqiqə meydanda əsil futbol var idi. Həmin ana qədər rəqib hansısa təhlükə yarada bilmədi. İki qol vurduq, əlavə üçünü də vura bilərdik. Bu məqam qələbə qazana bilməməyimizin səbəbi idi. Şanslardan yararlana bilmədik. Son 20 dəqiqəni çətin keçirdik. Futbolçular yorulmuşdu. Səmimi deyim, fiziki güc yetərli deyildi. Bunların hamısını yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox, dekabrın 20-də “Karvan-Yevlax”la oyundan sonra toplanışa başlayacağıq və komandanı daha yaxşı hazır edəcəyik. Yaxşı komandamız var. Sadəcə bir-iki şeylər düzəlməlidir – intizam və fiziki durum. Əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik ki, “Neftçi” yüksək səviyyəyə qalxsın. “Neftçi”ni “Dinamo”, “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” Azərbaycan futbolunun brendidir".

- Qarşınıza bu mövsüm üçün konkret hansı hədəf qoyulub?

- Böyük hədəflər var. Düzdür, çətindir. Rəhbərliyin tələblərini bilirəm. Həyat göstərəcək necə olacaq. Bugünkü matçın 60-65 dəqiqəsi kimi oynasaq, yaxşı nəticələr gələcək. Əlimdən gələn hər şeyi edəcəyəm. Aradakı xal fərqini bilirəm. Amma futbolda hər şey mümkündür. Buna inanıram, inanmasam, gəlməzdim.

- Bu heyət minimal hədəf üçün yetərlidir?

- Komandaya gələndən sonra hər şeyi dəyişməyin tərəfdarı deyiləm. Heyətdə yaxşı oyunçularımız var. Düzdür, yaxşı nəticələr üçün mövqeləri gücləndirmək lazımdır. Bir müddət sonra rəhbərliklə danışacağıq, axtarışlar edəcəyik. Hər mövqedə iki bərabər oyunçunun olmasını istəyirəm. Fasiləyə qədər bir oyunumuz var. Daha sonra bir aylıq fasilə olacaq. Futbolçuları müəyyən qədər tanıyıram. Onlar üzərində çalışmaq lazımdır. Heyəti dəyişməklə nəsə əldə etmək çətindir.

- “Neftçi” bu gün çoxlu qol epizodları yaratdı. Maraqlıdır, qısa müddətdə komandada nəyi dəyişdiniz?

- İlk növbədə hər futbolçu ilə danışmaq, söhbət etmək lazımdır. Dominant futbola üstünlük verməliyik. Oyunun startından pressinq etmək önəmlidir. Eyni zamanda qaçış məsafəsini azaltmaq lazımdır.

- Vensan Abubakarın hazırlıq durumu sizi tam razı salmır?

- Bassala Sambu çox böyük iş gördü, “Sumqayıt”ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onunj şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın “Portu”da, “Beşiktaş”da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

13:08

"Şəfa" daha bir futbolçunu saxladı

13:05

Neymar yenə oynamayacaq

13:04

"Zirə"də yeni müqavilə - RƏSMİ

12:28

"Nəticədən razı deyiləm"

12:02

Çempionlar Liqası: "Sabah"ın mümkün rəqibləri azaldı

11:39

"Zirə"nin beş potensial rəqibi

11:22

"Yuventus" onun transfer hüquqlarını əldə etdi

11:01

İngiltərə klubunda yeni baş məşqçi

10:50

Millimizin futbolçusu Türkiyə klubunda

10:31

DÇ-2026: Günün oyunları - AFİŞA

10:15

Rumınlar “Qarabağ”dan ehtiyatlanır

10:00

"Sabah"da yeni müqavilə - RƏSMİ

09:40

DÇ-2026: İran millisindən heç-heçə

09:29

Səudiyyə Ərəbistanı - Uruqvay matçında qalib müəyyənləşmədi

09:00

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir

11:40

“Barselona” İngiltərədən hücumçu gətirir

11:25

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

11:11

İranın baş məşqçisi çətinlikləri açıqladı

10:49

Qeyci yüngül çəkidə çempion oldu

10:31

Ukraynalı mütəxəssis hansı klubumuza gəlir?

10:10

Milli ABŞ-a vaxtında çata bilmədi

09:50

Almaniya - Kurasao oyunu tarixə düşdü

09:28

13 ölkədən narazılıq

09:00

DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu