"İmişli"nin üzvü qayğılıdır: "Hər xal bizim üçün həyati əhəmiyyət daşıyır" – MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa
Yayımlandı 15-12-2025, 21:23

Misli Premyer Liqasının 15-ci turunda "İmişli" "Karvan-Yevlax"la qarşılaşdı - 1:1.

Qarşılaşmadan sonra "pambıqçılar"ın üzvü İdris İnqilablı Sport1.az-a müsahibə verdi...

- Stadionun durumu və hava şəraiti oyuna necə təsir etdi?

- Ot örtüyü və yağış matça effektiv olmağımıza mane oldu. Belə havada hücum qurmaq çətindir. Komandamız meydana çıxaraq maksimumunu göstərdi.

- Hücumda yer alan futbolçuların performası haqda nə deyə bilərsən?

- Kifayət qədər yaxşı idik. Qol vurduq, imkanlarımız oldu. Onları dəyərləndirə bilmədik. Bunlar üzərində işləməliyik.

- Buraxılan qol zamanı nə baş verdi?  

- Müdaxilə etməyə gecikdik. Rəqib fürsəti yaxşı dəyərləndirdi. Bu cür hava şəraitində müdafiə olunan zaman konsentrasiya itir. Təəssüf ki, bu da bizə baha başa gəldi. 

- Oyundan sonra soyunub-geyinmə otağında əhval necə idi? 

- Pis deyildi. Mübarizə apardıq, hamı əlindən gələni etdi. Əlbəttə ki, qalib gəlmək istəyirdik, amma heç-heçə də nəticədir. Komanda içində birlik var, bir-birimizə inanırıq. Bu da gələcək oyunlar üçün bizə güc verir.

- İlin son oyununda "Zirə" ilə qarşılaşacaqsınız. Görüş haqda nə söyləyə bilərsiniz?

- Hazırda vəziyyət çox da ürəkaçan deyil, amma düşünürəm ki, 70 faiz işimizi həll etmişik. Qalan oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq. Hər xal bizim üçün həyati əhəmiyyət daşıyır.

MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR