"Matçın ədalətli nəticəsi bərabərlik idi" – Füzuli Məmmədov

Bölmə adı Premyer Liqa
Yayımlandı 15-12-2025, 16:17

"Karvan-Yevlax" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə etdi. 

Sport1.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirdi:

"Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR