
Türkiyənin Qaziantep şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyası keçirilib.
Sport1.az xəbər verir ki, iclasda Qaziantepdə baş tutan türkdilli ölkələr arasında şahmat üzrə 16 yaşlılar arasında komanda yarışının təşkilatçılığı yüksək qiymətləndirilib. Toplantıda növbəti illərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib və müzakirə olunub.
Assosiasiyaya üzv federasiyalar qarşıdakı illərdə aktiv fəaliyyət üçün geniş proqramın təsdiq ediləcəyini bildiriblər.
Qeyd edək ki, Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında ölkəmizi Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova təmsil edib. O, eyni zamanda Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi vəzifəsində çalışır.