son dəqiqə SON DƏQİQƏ
“Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir?

ASA ilə AFFA arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bölmə adı Futbol / Digər
Yayımlandı 22-04-2025, 18:43

Azərbaycan İdman Akademiyasında (ASA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.
Azərbaycan İdman Akademiyasının mətbuat xidmətindən Sport1.az-a verilən məlumata görə, görüşdə AFFA-nı Baş katib Cahangir Fərəcullayev, Baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, Assosiasiyanın Təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və “Azərloteraya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təmsil ediblər.

ASA-nın nümayəndə heyətində isə Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Məşqçilik proqramının rəhbəri İlqar Əliyev, dosent Namiq Quliyev, eləcə də proqram koordinatorları Cavid Cəlilov və Rüstəm Rüstəmli yer alıblar.

Görüşdə tərəflər arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətləri müzakirə olunub. Birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu cür görüşlərin mütəmadi keçirilməsi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra qonaqlar ASA-nın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olublar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR