Premyer Liqamızdan daha bir futbolçu Afrika Millətlər Kubokunda iştirak edəcək

Bölmə adı Premyer Liqa / Digər turnirlər
Yayımlandı 15-12-2025, 14:12

“Sumqayıt”ın futbolçusu Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda iştirak edəcək Benin millisinə dəvət alıb.

Sport1.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb. Bu səbəbdən oyunçu “Neftçi” və “Sabah”la qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR