12:29 15.12.2025 49

"Böyük komandalara qarşı oynamaq üçün cəsarətimiz var" – Qurban Qurbanov

Komanda.az saytının jurnalistlərin arasında keçirdiyi sorğuya əsasən Qurban Qurbanov Azərbaycanda 2025-ci ilin ən yaxşı baş məşqçisi seçilib.

Sport1.az xəbər verir ki, tədbirdə iştirak edən 53 yaşlı mütəxəssis fikirlərini bölüşüb:

"Bu ölkənin övladlarıyıq. Tənqidləri, narazılıqları övlad kimi qəbul edirik, küsməyə, inciməyə haqqımız yoxdur. Döyüşə girmişiksə, qaçmayacağıq. Sabah bəlkə yaxşı olmayan nəticələr olar. Amma bu işə əl qoymuşuq, qaçmaq üçün gəlməmişik. Uduzsaq da, şərəflə uduzmaq istəyirik. Bu, bizim prinsipimizdir. Səs verən hər kəsə təşəkkür edirəm.

Bu mövsüm Azərbaycan futbolu üçün uğurlu oldu. Məqsədimiz Çempionlar Liqasının əsas mərhələsinə düşmək idi. Bu mövsüm bacardıq. Rəqiblərə baxanda bəlkə hamı düşünürdü ki, bir qələbə olsun bəsdir. Artıq iki qalibiyyətimiz var. Böyük klublara qarşı özü də. Belə komandaların Azərbaycana gəlməsinə sevinirəm. Xalqımız böyük futbolun nə olduğunu bilir. Hamı da buna hazırlaşır. Gözləyirsiz ki, bir də belə rəqib Bakıya nə vaxt gələcək. Hər biriniz daha artığına layiqsiz. Son vaxtlar riskli futbol oynayırıq. "Ayaks"la matç komandanın fiziki göstəriciləri ən yuxarı olan oyunu idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı. Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, qarşımıza məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq. Milli çempionatda 90 dəqiqə ərzində oradakı tempi, sürəti görmürük. Çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq. "Qarabağ" olaraq avrokuboklarda cəsarətimizi daha da artırmışıq. Cəsarət, dözümlülük olmasaydı, istənilən səviyyəyə gəlib çatmazdıq.

Təşəkkür edirəm ki, məni ən yaxşı seçmisiz. Məsuliyyətimiz artır. Bu vətənin övladlarıyıq, hər bir tənqidi övlad kimi qəbul edirik. Fikrinizi azərbaycanlı kimi qəbul edirik. Həmişə düşünürük ki, tənqidlər komandamızın xeyrinədir. Çalışacağıq ki, işimizi daha da yaxşılaşdıraq. Böyük komandalara qarşı oynayaq üçün cəsarətimiz var. Yıxılarıq, durarıq, amma sınmarıq. 

Vətən müharibəsində aciz görünmürdük. Səfərlərə gedirdik. Düşmənlərimiz stadiona girirdilər. Amma bilmirdilər sonda nə olacaq. Biz də istəyirik ki, işimizi möhkəmləndirək və sonda ayaq üstə dura bilək. Xalqımıza təşəkkür edirəm ki, daim bizimlə olur. Özümüz də kasıblıqla böyümüşük. Daim qələbələr olsa, nə marağı olacaq? Kim bizi acılayacaq, kim tənqid edəcək? Normal qəbul edirəm. Maşında gəlirəm, sağdan biri siqnal verir, soldan biri deyir ki, təşəkkür edirəm. Neqativ heç nə görməmişəmsə, xalqım haqda necə neqativ düşünə bilərəm? Həmişə xalqımla birlikdəyəm. Uduzsaq, həvəsdən düşməməyə çalışacam".

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

16:29

Futbolçunu tənqid edən aparıcı işdən çıxarıldı

16:06

Türkiyə nəhəngi milli üzvünü istəyir

15:46

"Qarabağ" iki oyunçu ilə vidalaşdı - RƏSMİ

15:30

Fransa - İraq matçı təxirə salına bilər

15:05

Lukaku üçüncü oldu

14:49

Dünya çempionatında nadir hadisə

14:31

Serbiyada bürünc medal

14:04

DÇ-2026: Günün oyunları

13:50

Bölgə təmsilçisindən transfer

13:22

"Qarabağ"ın rəqibi qələbə qazandı

13:03

"İmişli"də ayrılıq

12:47

"Sabah"ın rəqibləri bilindi

12:28

AFFA rəsmisinə təyinat

12:02

Salah yenə ön planda

11:50

"Araz-Naxçıvan"dan növbəti transfer - RƏSMİ

11:35

Elvin Cəfərquliyev bağışlandı?

11:02

Lamin Yamal ikinci pilləyə yüksəldi

10:50

“Qəbələ”ni Ermənistan klubuna dəyişdi

10:29

"Liverpul" təklifi qəbul etmədi

10:01

Türkiyə klubu Yankoviç üçün danışıqlara başladı

09:45

Məşhur futbolçu tribuna yatdı

09:20

DÇ-2026: Misirdən qələbə

09:10

Kabo Verde növbəti xalını qazandı

09:00

Belçika İranla heç-heçə etdi

00:47

DÇ-2026: İspaniyadan darmadağın

23:20

Güləşçimizdən Batumidə qızıl medal

21:45

“Qarabağ”dan növbəti transfer

20:49

Boksçularımız Olimpiya ümidləri turnirində 12 medal qazanıblar

19:23

“Neftçi”də iki yeni müqavilə - RƏSMİ

18:18

Taekvondoçumuzdan Avropa çempionatında bürünc medal

16:26

“Sabah”da ayrılıq - RƏSMİ

11:23

Millimiz Portuqaliya ilə üz-üzə gələcək

09:58

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

23:54

Rəşad Sadıqov: “7-8 transfer olacaq”

23:18

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu - FOTOLAR

22:58

DÇ-2026: Niderlanddan darmadağın

22:26

Qurban Qurbanov: “Hər mövqe üçün futbolçularla danışıqlar gedir”

21:58

“İmişli”də yeni təyinat - RƏSMİ

21:36

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:57

“Qarabağ” “Zirə”ni məğlub etdi

20:33

Kazemironun yeni klubu bəlli oldu

20:18

DÇ-2026: Niderland - İsveç: HEYƏTLƏR

19:57

“Neftçi”də yeni müqavilə - RƏSMİ

19:27

I Liqaya yüksəldi - MƏŞQÇİSİ İLƏ YOLLARINI AYIRDI

18:53

“Zirə”dən yeni transfer - RƏSMİ

18:39

Boksçumuz Dünya Kubokunun finalında

18:00

45 milyonluq təklif

17:28

Dünya rekordu yeniləndi

17:20

"Zirə"də ayrılıq

17:07

Vinisius Ronaldinyonu qabaqladı

16:50

"Yuventus"dan transfer

16:36

“Real”ın Olise planı

16:33

“Neftçi” yeni transferini açıqladı

16:06

Türkiyə ilə oyunda rekorda imza atdı

15:50

“Qarabağ” üçün yeni rəqib

15:19

"Barselona" milli üzvünü istəyir

15:00

Avropa çempionatında bürünc medal

14:35

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

14:14

Məşhur futbolçu idman direktoru təyin olundu

13:55

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

13:52

"Trabzonspor" İngiltərə klubuna "yox" dedi

13:32

Braziliya millisi yenidən zirvədə

13:13

DÇ-2026: Günün oyunları

12:49

"Sportinq"in yetirməsi "Sabah"da - RƏSMİ

12:29

Türkiyə millisindən antirekord

12:02

“Karyeramın ən yaxşı günlərindən birini yaşadım”

11:50

“Cəsarətli və əzmkar olmaq lazımdır“

11:30

96 ildə ən yaxşı nəticə

11:11

Çalhanoğlu üzr istədi

10:45

Montella: “35 illik futbol karyeramda buna çox nadir rast gəlmişəm”