"Qarabağ"ın futbolçusundan tarixi uğur: mövsümdə 2-ci, tarixdə 130-cu

Bölmə adı Premyer Liqa
Yayımlandı 15-12-2025, 10:14

“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

Sport1.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb.

Yarımmüdafiəçi buna 137-ci oyununda nail olub. Bayramov Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/20 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR