Msanqa "Şamaxı"nın əsas problemini necə aradan qaldırdığını söylədi – MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa
Yayımlandı 14-12-2025, 22:12

Misli Premyer Liqasının XV turunda "Şamaxı" doğma meydanda "Zirə"ni 2:1 hesabı ilə məğlub etdi.

Qarşılaşmadan sonra "şirlər"in yarımmüdafiəçisi Alfons Msanqa Sport1.az-a müsahibə verdi...

- Oyun haqda düşüncələrin nələrdir?

- Ağır matç keçdi. Güclü rəqibə qarşı oynadıq. Yaxşı hazırlaşmışdıq. Əzmkar qələbə qazanaraq 3 xalı götürdük.

- Bu görüşdə da fərqlənməyi bacardın. Matçda da ən fəallardan idin. Azərbaycana gəldikdən sonra öz oyununda inkişafı hiss edirsən?

- ⁠Bəli, zənnimcə elədir. Bu matçda da çox yaxşı performans göstərdim. Mənim üçün çox böyük oyun keçdi. Belə qarşılaşmalarda özünü yaxşı gərəfdən göstərməlisən. 

- Komandanın mövsümün əvvəlinə nisbətən yaxşılaşdığını düşünürsən?

- ⁠Başlanğıcımız heç də yaxşı deyildi. Ciddi boşluqlar buraxırdıq, son dəqiqələrdə üstünlüyü itirirdik. "Araz-Naxçıvan", "Sumqayıt", "Turan Tovuz"la görüşlərdə, "Zirə" ilə səfər qarşılaşmasında bu halla rastlaşırdıq. Lakin son matçlarda uğurlu nəticələr əldə etməyə başlamışıq.

- Az öncə dediyin kimi, görüşün sonlarına doğru üstünlüyü əldən verib xallar itirirdiniz. Komanda olaraq bunun üzərində çalışdınız? 

- ⁠Demək olar ki, hər məşqdə bu problemin üzərində çalışırdıq. Hətta dəfələrlə komanda ilə söhbət etmişik, müzakirələr aparmışıq. "Zirə" ilə qarşılaşmamızda da gördüyünüz kimi, sona qədər matça kökləndik və üstünlüyümüzü qoruduq.

- Baş məşqçiniz həm də Azərbaycan millisinin çalışdırıcısıdır. Bu faktor sizə özgüvən verir?

- ⁠Uğurumuzun əsas səbəbkarlarından biri də məhz baş məşqçimizdir. Ona hörmətimiz sonsuzdur. Onun taktikaları, təlimatları sayəsində uğurlu nəticələr əldə edirik.

MİKAYIL HACIYEV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR