
“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya çempionatının 16-cı turunda “Osasuna” ilə oyunda (2:0) iştirak etməyib.
Sport1.az xəbər verir ki, 37 yaşlı polşalı futbolçu arxa bud nahiyəsində yaranan narahatlıq səbəbindən qarşılaşmanı buraxıb. Məlumata görə, ehtiyac yaranacağı halda Levandovski təxminən 15 dəqiqə meydanda ola bilərdi. Lakin kataloniyalıların 70-ci dəqiqədə hesabı açmasından sonra bu ehtimal gündəmdən çıxıb.
Qeyd edək ki, hücumçu cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxaraq 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.