
Misli Premyer Liqasının XV turunda "Zirə" səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə məğlub oldu.
Qarşılaşmadan sonra qəsəbə təmsilçisinin qapıçısı Tiaqo Silva Sport1.az-a müsahibə verdi...
- Görüş haqda fikirlərin nələrdir?
- İlk olaraq "Şamaxı"nı təbrik edirəm. Yaxşı oynadılar. Əvvəllərdə biz də yaxşı idik. Erkən qola imza atdıq. Lakin onlar ikinci hissədə toparlanaraq qapımızdan iki top keçirdilər. Bizdən yaxşı çıxış etdilər və layiqli qələbə qazandılar. Bir neçə epizod qaçırdıq.
- Komandanızda çatışmayan nə oldu?
- Bu oyunda da gördük ki, tək qol vurduqdan sonra hər oyun rahatlaşıb qələbə gözləyə bilməzsən. Hər matç qapımızı toxunulmaz saxlaya bilmərik.
- Turnir cədvəlindəki yerinizi "Sabah"a itirdiniz. Toparlana biləcəyinizi düşünürsən?
- Vaxtımız çoxdu. Hələ mövsümün yarısına çatmamışıq. Matçlara yaxşıca fokuslanıb ikinci, hətta birinci pilləyə belə yüksələ bilərik. Güclü olmağa, problemləri aradan qaldırmağa və vurduğumuz qol sayını artırmağa köklənməliyik.
- Ot örtüyünün komanda problem olduğunu düşünürsəm?
- Bunun problem olduğunu düşünmürəm. Eyni örtükdə rəqibimiz də çıxış edirdi. Əsas problem oyun təfəkkürümüz idi.
MİKAYIL HACIYEV