
“Real”ın gənclər kollektivinin baş məşqçisi Alvaro Arbeloa əsas komandaya mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Marca”ya açıqlamasında bu iddiaları təkzib edib. Arbeloa hazırda yalnız “Kastilya”dakı işinə fokuslandığını və əsas komanda ilə bağlı hər hansı müzakirənin olmadığını deyib.
“Mən “Kastilya”nın baş məşqçisiyəm və bütün diqqətim buradadır. Oyunçularım, qarşıdakı matçlar və məşqlərdən başqa heç nə haqqında düşünmürəm”, – deyə Arbeloa vurğulayıb.
Qeyd edək ki, “Real” son səkkiz oyunda üç məğlubiyyət, üç heç-heçə və iki qələbə ilə yadda qalıb. Madrid təmsilçisi 15 turdan sonra 36 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.