
Zinəddin Zidanın “Real”a qayıdışı ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
Sport1.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb ki, hazırda Madrid klubunun fransalı mütəxəssislə hər hansı danışıqları yoxdur. Qeyd edilir ki, La Liqada “Alaves”lə oyunda uğursuz nəticə olacağı təqdirdə Xabi Alonsonun postunu itirə biləcəyi ilə bağlı xəbərlər fonunda Zidan əsas namizəd kimi göstərilsə də, bu istiqamətdə konkret addım atılmayıb.
Romano əlavə edib ki, “Real” rəhbərliyi Zidanla əlaqə saxlamayıb. Daha əvvəl mətbuatda Xabi Alonsonun mümkün əvəzləyiciləri sırasında Yurgen Kloppun da adının hallandığı bildirilmişdi.
Xatırladaq ki, Xabi Alonso bu ilin iyununda Karlo Ançelottini əvəzləyərək Madrid təmsilçisinin baş məşqçisi təyin olunub. Zinəddin Zidan isə “Real”da çalışdığı dövrlərdə iki dəfə İspaniya çempionu olub və üç dəfə Çempionlar Liqasını qazanıb.