son dəqiqə SON DƏQİQƏ
Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal

"İmişli"nin Şamaxı seçiminin səbəbi nədir? - AÇIQLAMA

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 3-04-2025, 13:37

“İmişli” I Liqada qalan ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksində keçirəcək.

Buna səbəb isə İmişli şəhər stadionunun təmirə bağlanmasıdır. Bölgə təmsilçisi niyə ev oyunlarını Şamaxıda keçirmək qərarına gəlib? Başqa seçimlər yox idi? İmişlidəki futbol məkanında hansı yeniliklər olacaq? Stadionda işlər nə zaman yekunlaşacaq? Suallarımızı “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlova ünvanladıq. Klub rəsmisi Sport1.az-a açıqlamasında bunları söylədi:

“Bizə ən yaxın bölgə buradır. Bundan başqa Şamaxı Olimpiya İdman Kompleksi Peşəkar Futbol Liqasının tələblərinə cavab verdiyindən oranı seçdik. Həm də burada keçirilən oyunlar üst-üstə də düşmür. İmişli stadionuna gəlincə, orada bizimlə yanaşı, II Liqada mübarizə aparan digər təmsilçimiz “Kür-Araz” da ev oyunlarını keçirir. Bu səbəbdən də futbol məkanımızın ot örtüyü hədsiz yüklənməyə məruz qalıb. Hazırda qazonun vəziyyətini təhlil etmək və onun yaxşılaşdırmaq üçün mütəxəssis də dəvət etmişik. AFFA İcraiyyə Komitəsi elitaya yüksələcəyimiz təqdirdə arenamızın Premyer Liqa standartlarına uyğunlaşdırılması üçün bir il vaxt verib. İmkan daxilində bizə verilən müddəti maksimum qısaltmağa çalışırıq. Əlimizdən gələnin hər şeyi edəcəyik ki, qısa zamanda İmişli şəhər stadionunu müasir futbol məkanına çevirək”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR