
"Real Madrid"in hücumçusu Qonzalo Qarsiya karyerasını Bundesliqada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Ştutqart" ispaniyalı forvardı heyətində görmək istəyir.
Almaniya klubu bu transferi qışda həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, Qarsiya bu mövsüm "Real Madrid" forması ilə meydanda olduğu 14 görüşdə bir məhsuldar ötürmə ilə yadda qalıb.