Morata yaşıl meydanlardan uzaq qalacaq

Bölmə adı İtaliya
Yayımlandı 13-12-2025, 09:44

"Komo"nun hücumçusu Alvaro Morata sıradan çıxıb.

Sport1.az xəbər verir ki, ispaniyalı hücumçu A Seriyasının XIV turunda "İnter"lə səfər matçında (0:4) zədələnib.

33 yaşlı forvard 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, ispaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi maatçda 1 qol ötürməsi ilə yadda qalıb.

Müəllif: Sport1.az