“Atletiko”nun hücumçusu “Barselona” iddialarına reaksiya verdi

Bölmə adı İspaniya
Yayımlandı 12-12-2025, 17:02

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares “Barselona”ya mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sport1.az xəbər verir ki, argentinalı futbolçu bu cür söz-söhbətlərin onu maraqlandırmadığını deyib: “Bu mövzu məni narahat etmir. Belə məsələləri çox izləməməyə çalışıram, amma təbii ki, danışıldığını eşidirəm, sosial şəbəkələrdə də yazılır. Düşünürəm ki, deyilənlərin çoxunda həqiqət yoxdur. Mən bu mövsümə və “Atletiko”nu qarşıda gözləyən hədəflərə köklənmişəm”.

Alvares əlavə edib ki, diqqətini şayiələrdən uzaq tutmağa çalışır: “Özüm haqqında düşünürəm, inkişaf etmək və komandanın qələbələri üçün çalışmaq istəyirəm”.

Qeyd edək ki, Xulian Alvares cari mövsümdə klub səviyyəsində 24 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR