
MLS-də “Atlanta” – “İnter Mayami” oyunu zamanı Lionel Messi ilə bağlı diqqətçəkən məqam yaşanıb.
Sport1.az xəbər verir ki, bu barədə meydan sahiblərinin rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk açıqlamasında danışıb. Onun sözlərinə görə, qarşılaşmanın bir epizodunda argentinalı ulduz “Atlanta”nın müdafiəçisinin ona qarşı sərt oyunundan narazı qalıb. Bildirilir ki, Messi həmin futbolçudan üzr istəməsini tələb edib və gələcəkdə bu cür müdaxilələrdən çəkinməsini istəyib.
Rəqib müdafiəçi Messiyə hörmət etdiyini desə də, bunun futbolun bir hissəsi olduğunu bildirib. Buna baxmayaraq, “İnter Mayami”nin kapitanı sərt oyuna etirazını açıq şəkildə ifadə edib.
Qeyd edək ki, Mirançukun söz açdığı epizodun “Atlanta”nın ispan müdafiəçisi Xuan Berrokalla bağlı olduğu ehtimal olunur.