
İtaliyanın “Komo” klubunun hücumçusu Alvaro Morata uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Sport1.az xəbər verir ki, ispan futbolçu A Seriyasının 14-cü turunda “İnter”lə oyunda (0:4) sol bud əzələsindən ciddi zədə alıb. 32-ci dəqiqədə əvəzlənən forvard artıq fizioterapiyaya başlayıb və yaxın həftələrdə bərpa prosesi nəzarətdə saxlanılacaq. Klubun rəsmi açıqlamasında futbolçunun meydana dönüş tarixinin reabilitasiyanın gedişindən asılı olacağı bildirilib.
Qeyd edək ki, hazırda “Komo” İtaliya çempionatında altıncı pillədə qərarlaşıb. Avqustda komandaya qoşulan Morata bu mövsüm A Seriyasında 14 turun 13-də meydana çıxsa da, hələ qol hesabını aça bilməyib.