Bu klub “Qarabağ”a futbolçu transferi üçün rəsmi təklif göndərdi

Bölmə adı Premyer Liqa
Yayımlandı 12-12-2025, 13:36

“Qarabağ”ın futbolçusu Pedro Bikalyo Braziliyaya qayıda bilər.

Sport1.az xəbər verir ki, “Botafoqo” 24 yaşlı yarımmüdafiəçi üçün artıq rəsmi təklif göndərib. Məlumata görə, A Seriyası klubu Pedro Bikalyonu icarə əsasında heyətinə qatmaq və futbolçunun müəyyən oyun sayı və performans göstəricilərinə çatacağı təqdirdə, satınalma bəndini avtomatik şəkildə qüvvəyə mindirmək niyyətindədir.

ZƏFƏR HACILI

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR