
“Real Madrid” klubunda Vinisius Juniorla bağlı mövqe sərtləşib.
Sport1.az xəbər verir ki, “Madrid Zone” nəşri “Le Journal du Real”a istinadən bildirir ki, Madrid təmsilçisi braziliyalı vingerin nümayəndəsinə yeni müqavilə ilə bağlı şərtlərin artıq dəyişdirilməyəcəyini çatdırıb. Məlumata görə, Vinisius daha əvvəl təklif olunan anlaşmanı qəbul etməzsə, 2026-cı ilin yayında satış siyahısına çıxarılacaq.
Hazırda futbolçunun “Real”la mövcud müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Cari mövsümdə Vinisius klub səviyyəsində 28 oyuna çıxaraq 6 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Transfermarkt” portalına əsasən, braziliyalı hücumçunun bazar dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.