
“Milan” Alisson Bekeri transfer hədəfinə çevirib.
Sport1.az xəbər verir ki, məlumatı jurnalist Saşa Tavolyeri yayıb. Bildirilir ki, İtaliya klubunun qapıçısı Mayk Menyan mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil və “Çelsi” onunla ciddi şəkildə maraqlanır.
“Milan” fransalı qolkiperin mümkün gedişindən sonra boşluğu doldurmaq üçün “Liverpul”un braziliyalı qapıçısını nəzərdən keçirir.
Qeyd edək ki, Alisson 2018-ci ildə “Roma”dan Mersisayd təmsilçisinə keçib və 2024-cü ildə yenilənən müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.