
Misli Premyer Liqasında 14-ü tur başa çatıb.
Sport1.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Günün son matçında "Sumqayıt" "İmişli"ni sınağa çəkib. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matç gərginliyi ilə diqqət çəkib.
90+12-ci dəqiqədə "İmişli"nin futbolçusu Ronaldo de Souza topu yan xəttdən meydana daxil etmək istəyərkən "Sumqayıt"ın texiniki zonası ilə gərginlik yaşayıb.
Böyüyən hadisə əlbəyaxa davaya çevrilib. Əliyar Ağayev meydan sahiblərindən Xəyal Fərzullayevi, qonaqlardan isə Ronaldo de Souza və Luis Silvestri sarı vərəqə ilə cəzalandırıb.
Ancaq gərginlik bununla da bitməyib. Görüş başa çatandan sonra qonaqların futbolçusu İbrahim Əliyevlə "kimyaçılar"ın hücumçusu Aleksander Ramalinqom arasında da mübahisə yaşanıb.
Qeyd edək ki, qonaqlar matçın 90+8-ci dəqiqəsində penalti qazansalar da, topa yaxınlaşan İbrahim Əliyev hədəfdən yayınıb.
MƏHƏMMƏD HÜSEYNOV