
Misli Premyer Liqasının 14-cü turunda “Qəbələ” – “Turan Tovuz” matçı 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq dayandırılıb.
Sport1.az xəbər verir ki, matçın sabah keçirilərək davam etməsi ilə bağlı bütün texniki imkanlar araşdırılıb və oyunun sabah keçirilə bilməyəcəyi müəyyən edilib.
Bu məsələyə dair hər iki klubun nümayəndələri ilə görüş keçirilib və vəziyyət barədə məlumat verilib. Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyəti müzakirə aparacaq və rəsmi məlumat veriləcək.