
“Çelsi”nin hücumçusu Liam Delap “Bornmut”la keçirilən oyunda (0:0) zədələnərək meydanı tərk etmişdi.
Sport1.az xəbər verir ki, ingiltərəli forvard 6–8 həftə müddətinə meydanlardan uzaq qalacaq.
Çiyin nahiyəsindən zədə alan futbolçunun müalicəsinə başlanılıb.
Qeyd edək ki, Liam Delap bu mövsüm “zadəganlar”ın heyətində çıxış etdiyi 11 rəsmi matçda 1 qol vurub.