
İngiltərə Premyer Liqasının XV turunda "Lids"lə başa çatan (3:3) matçdan sonra "Liverpul"un hücumçusu Məhəmməd Salah qalmaqallı açıqlamalar verib.
Sport1.az xəbər verir ki, misirli vinger ardıcıl 3 oyun ehtiyat oyunçular skamyasında oturmağına sərt reaksiya verdi:
"Çox məyus olmuşam. "Liverpul" üçün çox şey etmişəm. Lakin klub məni gözardı edir. Baş məşqçi ilə əla münasibətim var idi. Birdən birə nə oldusa, aramızda heç nə qalmadı. Biriləri məni bu komandada görmək istəmir. Mənə qarşı edilənlər sadəcə qəbulolunmazdır. Mən bu klubu, azarkeşlərini çox sevirəm. Gələcəyim haqda belə dəqiq nəsə deyə bilmirəm. Baş verənləri izləyib görərik".