“Real”da azarkeşlər ayın ən yaxşısını seçdi

Bölmə adı İspaniya
Yayımlandı 5-12-2025, 22:13

“Real”ın hücumçusu Kilian Mbappe noyabr ayının ən yaxşı oyunçusu seçilib

Sport1.az xəbər verir ki, Madrid klubunun yaydığı məlumata əsasən, fransalı ulduz Mahou jurnalının keçirdiyi səsvermədə komanda yoldaşları Tibo Kurtua, Eder Militao, Vinisius Junior və Arda Güləri qabaqlayaraq mükafata layiq görülüb.

Bu, Mbappenin cari mövsümdə üçüncü dəfə “ayın oyunçusu” seçilməsidir. O, daha əvvəl avqust və sentyabr aylarında da eyni mükafatı qazanmışdı.

Noyabr ayı 26 yaşlı hücumçu üçün xüsusilə məhsuldar olub. Mbappe bu dövrdə bütün turnirlər üzrə keçirdiyi 6 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Çempionlar Liqasının Liqa mərhələsində “Olimpiakos”a qarşı oyunda (4:3) poker edən fransalı forvard komandasının qələbəsində əsas rol oynayıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR