
“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın hücumçusu Lamin Yamalın çıxışı barədə fikirlərini bölüşüb.
Sport1.az Football Espana-ya istinadən xəbər verir ki, alman mütəxəssis gənc futbolçunun həm müdafiə, həm də hücum fazasında ciddi irəliləyiş göstərdiyini vurğulayıb.
Flik Yamalanın “Atletiko” ilə oyunda nümayiş etdirdiyi intensiv pressinqi və ümumi inkişaf tempini xüsusi qeyd edib: “O, inanılmaz səviyyədə pressinq edirdi və çox yaxşı oynadı. Bugünkü məşqdə gördüklərim də məni valeh etdi. Lamin hər zaman irəli getməyə çalışır, özünü təkmilləşdirmək istəyir. O, asan yıxılmaq barədə düşünən futbolçulardan deyil, daim ötürmə vermək, növbəti rəqibi keçmək üçün yol axtarır”.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlərdə 15 oyunda 7 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.