
Misli Premyer Liqasının 13-cü turunda “Araz-Naxçıvan” səfərdə “Qəbələ”yə uduzub – 1:2.
Sport1.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bölüşüb və komandasının çıxışından narazılığını gizlətməyib:
“Ağır oyun alındı. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci hissədə nəzarəti itirdik. Ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalıyıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq”.
- “Qəbələ”yə uduzmağınıza görə təəssüflənirsiniz, yoxsa 3 xal itirməyinizə görə?
- Mənim “Qəbələ” ilə heç bir prinsipim yoxdur. Sadəcə komandanın oyundan qopması məni kədərləndirir. “Qəbələ” qələbəyə layiq idi. Biz qalib gəlmək üçün heç nə etmədik.