Millimizdən növbəti məğlubiyyət

Bölmə adı Milli
Yayımlandı 29-11-2025, 16:49


19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması 2026-cı il Avropa Çempionatının seçmə mərhələsində ikinci görüşünü keçirib.

Sport1.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda Şimali Makedoniya ilə üz-üzə gələn komandamız Strumitsadakı oyundan məğlub ayrılıb – 1:3.

Millimizin yeganə qoluna 35-ci dəqiqədə Mədinə Yuruqova imza atıb.

Qeyd edək ki, U-19 yığmamız seçmə mərhələdəki ilk oyununda Sloveniya komandasına 0:2 hesabı ilə uduzmuşdu.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR