"Neftçi"nin haqqını vermək lazımdır" – Kurban Berdiyev

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-11-2025, 21:38

“Turan Tovuz” Misli Premyer Liqasının 13-cü turunda öz meydanında “Neftçi” ilə qolsuz heç-heçə edib.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb:

- Təxmin etdiyimiz kimi ağır oyun oldu. Belə oyunlar qola qədər olur. Təəssüflər olsun ki, qol vura bilmədik. 2 xal itirdiyimizi düşünürəm. Amma "Neftçi"nin də haqqını vermək lazımdır. Onlar da yaxşı oynadılar.

- "Neftçi"də baş məşqçi dəyişikliyi oldu. Komandanızı oyuna necə hazırladız?

- Adətən belə komandalara qarşı oynamaq çətin olur. Çünki komanda belə hallarda daha istəkli oynayır. "Neftçi" də bu gün yaxşı oynadı.

- Ardıcıl 3-cü oyundur "Turan Tovuz" qələbə qazana bilmir. Bunun səbəbi nədir?

- Paltardəyişmə otağında uşaqlara dedim ki, 9 mümkün xaldan 6-sını itirdik. Yüksək səviyyədə olan rəqiblərlə oynamışıq. Həlledici məqamlarda daha yaxşı oynaya bilərdik.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR