
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Çempionatının seçmə mərhələsində beşinci matçını keçirib.
Sport1.az xəbər verir ki, B qrupunda çıxış edən yığmamız səfərdə Cəbəllütariqin U-21 komandası ilə üz-üzə gəlib və “Europa Point Stadium”da baş tutan qarşılaşmadan Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə ilə ayrılıb. Bu nəticə ilə Rəşad Eyyubovun komandası xalını 5-ə yüksəldib.
Qeyd edək ki, U-21 millimiz növbəti oyununu 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.