
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Çempionatının seçmə mərhələsində bu gün növbəti qarşılaşmasına çıxacaq.
Sport1.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv səfərdə müvafiq yaş qrupundan ibarət Cəbəllütariq yığması ilə üz-üzə gələcək.
Görüş “Europa Point Stadium”da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb. Matç “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
18 noyabr
22:00. Cəbəllütariq (U-21) – Azərbaycan (U-21)
Baş hakim: Andrei Çivulete
Yan xətt hakimləri: Radu Ginkuleaç, Mihaita Nekula
Dördüncü hakim: Corc Katalin Roman
