II Liqada ayın ən yaxşı qolunun müəllifi bəlli oldu

Bölmə adı II Liqa
Yayımlandı 17-11-2025, 15:34

Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi bəlli olub.

Sport1.az xəbər verir ki, "Xankəndi"nin futbolçusu Sərxan Ağayev mükafatlandırılıb.

Mükafatı IX turun "Xankəndi" - "Göygöl" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR