SON DƏQİQƏ
“Leypsiq” Kristofer Nkunkunu heyətinə qatıb.
Sport1.az xəbər verir ki, Almaniya klubu 28 yaşlı hücumçunu “Milan”dan icarəyə götürüb.
Müqavilədə futbolçunun transfer hüquqlarının alınması ilə bağlı şərt də yer alıb.
Daha əvvəl icarənin “Leypsiq”ə 3,5 milyon avroya başa gələcəyi, tam transferin isə 30 milyon avro təşkil edəcəyi bildirilib.
Nkunku 2019-2023-cü illərdə “Leypsiq”in formasını geyinib. O, 2023-cü ildə “Çelsi”yə keçib. Fransalı hücumçu 2025-ci ilin avqustunda 37 milyon avro qarşılığında “Milan”a transfer olunub.