SON DƏQİQƏ
“Mançester Siti”nin müdafiəçisi Niko O’Rayli 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı gənc futbolçusu seçilib.
Sport1.az xəbər verir ki, 21 yaşlı oyunçu bu mükafata İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) səsverməsinin nəticələrinə əsasən layiq görülüb.
O’Rayli ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib. O, həmçinin İngiltərə Kuboku və Liqa Kubokunun qalibi olub.
Niko O’Rayli səsvermədə komanda yoldaşı Rayan Şerkini, “Arsenal”dan Maks Daumanı, “Bornmut”dan Eli Cunior Krupini, “Mançester Yunayted”dən Kobi Mainunu və “Liverpul”dan Rio Nqumoanı geridə qoyub.
Qeyd edək ki, PFA hər il futbolçuların öz aralarında keçirdiyi səsvermə əsasında mövsümün ən yaxşı oyunçularını və məşqçilərini müəyyənləşdirir.