Sabiq "Real Madrid" yarımmüdafiəçisi Xames Rodriges ilin sonunda "Leon"la yollarını ayıracaq. Sport1.az xəbər verir ki, nə Meksika təmsilçisi, nə də kolumbiyalı futbolçu dekabrda başa çatacaq olan müqaviləni yeniləmək niyyətində deyil.
34 yaşlı oyunçu ilə bir neçə MLS klubu yaxından maraqlanır.