Misli Premyer Liqasının IX turunda "Zirə" "Sumqayıt"ı qonaq edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qarşılaşmadan sonra qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Brahim Konate oyun haqda fikirlərini
Sport1.az-a söylədi:
"Yaxşı matç idi. Həmçinin də, çətin görüş keçdi. Ötən həftə uduzmuşduq. Bu gün 3 xal qazanmaq bizim üçün çox önəmli idi". Fransalı futbolçu 3 oyundan sonra qələbə qazanmağın komanda ruhuna təsirindən danışdı:
"Hər oyun qələbə qazanmağa çalışırıq. Öncəki 3 qarşılaşmada şanssızlıq ucbatından uduzduq. Bugünkü oyunda isə ötən görüşlərdə yol verdiyimiz səhvlərə yol vermədiyimiz üçün 3 xalı qazana bildik. Buna görə də xoşbəxtik". 29 yaşlı oyunçu görüşün ikinci 45 dəqiqəsinin onlar üçün çətin keçdiyini vurğuladı:
"İlk hissədə əla oynadıq və hesabı açdıq. Lakin oyunun ikinci yarısında çətinlik çəkdik. "Sumqayıt" təzyiqi artırmışdı. Bir neçə real qol epizodları da oldu. Lakin yaxşı müdafiə olunduq və hesabı qoruya bildik. Ən əsası isə, 3 xalı qazanan tərəf biz olduq. Məqsədimiz də bu idi". MİKAYIL HACIYEV