Misli Premyer Liqasının 9-cu turunda "Zirə" "Sumqayıt"a qalib gəldi - 1:0.
Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Saşa İliç mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qarşılaşma haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:
"Zirə" çox çətin rəqibdir. Birinci hissədə, xüsusilə də ilk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim. Amma ikinci yarıda daha üstün idik. Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı".
- Hakim idarəçiliyindən razı qaldınız?
- Heç vaxt hakimlik barədə düşünmürəm. Bu, mənə aid sual deyil.