Misli Premyer Liqasının IX turunda "Kəpəz" "İmişli"ni qonaq etdi.Qəbələ şəhər stadionunda baş tutan görüş imişlililərin qələbəsi ilə başa çatdı - 3:0.
Qarşılaşmadan sonra qonaq komandanın yarımmüdafiəçisi Juninyo matç haqda fikirlərini
Sport1.az-a açıqladı:
"Yaxşı oyun idi. Əsasən də taktiki cəhətdən baş məşqçinin göstərişləri düzgün idi. Oyunçularımız da bu təlimatlara əməl edərək qələbə qazandı."22 yaşlı futbolçu növbəti turda "Qarabağ"a qarşı oynanılacaq görüş haqda bunları dedi:
"Çətin duel olacağını bilirik. Rəqibin kimliyindən asılı olmayaraq qalib gəlmək üçün meydana çıxacağıq".Braziliyalı oyunçu qırmızı vərəqə situasiyanın komandanın oyununa necə təsir etdiyini söylədi:
"Qalibiyyət istəyi ilə mübarizə aparan kollektivik. Qırmızı vərəqə müəyyən qədər işimizi asanlaşdırsa da, fikrimcə, bu qələbədə əsas həlledici məqam bizim komanda oyunumuzdur".