"Barselona" "Marsel"in hücumçusu Meyson Qrinvudu heyətinə qata bilər.
Sport1.az xəbər verir ki, ingiltərəli futbolçu ötən mövsüm Liqa 1-də göstərdiyi performansla Kataloniya təmsilçisinin diqqətini cəlb edib.
La Liqa klubunun hücumçusu Markus Raşford da sabiq komanda yoldaşının transferini dəstəkləyir.
Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm "Marsel" forması ilə çıxdığı 46 görüşdə 29 qola imza atıb.