Andrade: "Üstünlüyü saxlaya bilmədik" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-10-2025, 12:52

Misli Premyer Liqasının VII turunda "Neftçi" "Araz Naxçıvan"la heç-heçəyə razılaşdı - 2:2

Qarşılaşmadan sonra Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Patrik Andrade görüş haqda fikirlərini Sport1.az saytına söylədi:
“Maraqlı oyun idi. Yaxşı rəqibimiz var idi. 2 qol vurduq. Sona qədər üstünlüyü saxlaya bilməsək də, oyunumuzdan narazı deyiləm".

32 yaşlı futbolçu "Neftçi"nin ikinci qolu haqda da danışdı:

"Hakimin qərarı haqda nəsə deyə bilmərəm. Epizodu görmədiyim üçün yalandan bir fikir səsləndirməyim düz deyil”.

Patrik daha yaxşı nəticə gözlədiyini vurğuladı:
“Qələbə gözləyirdik. Bu oyunu qələbə qazanmaq üçün çıxmışdıq”.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR