Xabi Alonso: "Onu göndərmək planım yoxdur"

Bölmə adı İspaniya
Yayımlandı 19-10-2025, 19:20

"Real Madrid"in baş məşqçisi Xabi Alonso adı ayrılıqla hallanan Endrikin taleyinə aydınlıq gətirib.

Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Xetafe" ilə oyundan öncə mətbuat konfransında bu açıqlamaları verib:

"Endrikin nə transfer, nə də icarəyə getmək kimi bir istəyi yoxdur. Həmçinin, bizim də onu satmaq planımız yoxdur".

Qeyd edək ki, braziliyalı futbolçu "Real Madrid"ə 2024-cü ildə "Palmeyras"dan 47.5 milyon avroya transfer edilib.

Müəllif: Sport1.az