“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini yaxın çevrəsinə bildirib ki, Ruben Amorim istefaya göndərilərsə, “Mançester Yunayted”in sükanı arxasına keçə bilər. Sport1.az xəbər verir ki, italyan mütəxəssis klubun ortağı Cim Ratkliff ilə eyni şəhərdə yaşayır. Onlar bir neçə dəfə ictimai tədbirlərdə görüşüblər.
Mançini 2009–2013-cü illərdə “Mançester Siti”ni çalışdırıb. İtaliyalı mütəxəssis 2012-ci ildə komandanı Premyer Liqa çempionu edib. 60 yaşlı məşqçi son olaraq Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik edib.