Millimiz FİFA reytinqində irəlilədi

Bölmə adı Azərbaycan
Yayımlandı 17-10-2025, 17:44

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Sport1.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Yığmamız hazırda 1142.25 xalla 123-cü pillədə qərarlaşıb.

Azərbaycan millisi oktyabr ayında iki oyun keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, reytinq cədvəlinə son Avropa çempionu İspaniya yığması başçılıq edir.

Müəllif: Sport1.az