"Kəpəz"lə Adil Şükürov arasında pul problemi var? - RƏSMİ AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 16-10-2025, 16:55

"Kəpəz"lə Adil Şükürov problem olduğunu diqqətinizı çatdırmışdıq.

Sport1.az xəbər verir ki, mütəxəssis təzminat məsələsində klubla razılaşa bilmir.

Gəncə təmsilçisinin rəhbərliyi məşqçilər korpusu ilə birgə 4 ayın maaaşını verməyi təklif edir. Adil şükürov isə 6 aylıq maaşın ödənməsini istəyir.

Maraq üçün bldirək ki, məşqçinin Gəncə klubunda maaşı 9 min manat olub. Yəni Adil Şükürov “sarı-göylər”dən 54000 manat tələb edirdi.

Məsələ ilə bağlı “Kəpəz”dən saytımıza yeni informasiya daxil olub. Klubun mətbuat katibi Gəray Qıyasov mövzu ilə bağlı Sport1.az-a bunları söylədi:

"Klubumuzla Adil Şükürov arasında heç bir problem yoxdur. Tərəflər məsələni öz aralarında həll ediblər. Heç bir iddia və anlaşılmazlıq yoxdur".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR