"Sabah"ın hücumçusu Coy-Lens Mikels "Karvan Yevlax"la oyunda zədələnmişdi.
Həmin görüşdə 31 yaşlı futbolçu ambulansla meydandan çıxarıldı.
Görəsən, almaniyalının durumu necədir? Mikels yaşıl meydanlara nə zaman qayıdacaq?
Sualımızı "Sabah"ın mətbuat katibi Elnur Həmidova ünvanladıq. Klub rəsmisi
Sport1.az-a açıqlamasında mövzu ilə bağlı bunları söylədi:
"Mikels artıq məşqlərə başlayıb. Hazırda fərdi qaydada öz üzərində çalışır. Növbəti görüşdə oynayıb-oynamaması onun bərpa prosesindən asılıdır".MİKAYIL HACIYEV