“Çelsi” və “Arsenal”ın maraqlandığı futbolçu üçün “Real Madrid” də yarışa qoşuldu.
Sport1.az xəbər verir ki, “kral klubu” “Yuventus”un vingeri Kenan Yıldızı Vinisiusun alternativi kimi heyətinə qatmaq istəyir.
Türkiyəli futbolçunun milli komanda yoldaşı Arda Gülər də klub rəhbərliyinə bu transferi tövsiyə edir.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”la çıxdığı 8 oyunda 2 qol və 4 məhsuldar ötürməyə imza atıb.